Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Qarabağ” Bakıda “Dinamo”ya 4 qol vura bilər” –

User 27 Avqust 2024 - 12:27 (Last updated: 21 May 2025 - 20:15)
xorvat

“Zaqrebdəki ilk oyun kifayət qədər maraqlı və gərgin alındı. Meydanda bərabər səviyyəli mübarizə gördük. Sadəcə, “Qarabağ”dan fərqli olaraq, “Dinamo” əlinə düşən fürsətləri qola çevirməyi bacardı”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun sabiq baş məşqçisi Jelko Sopiç UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”la Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçiriləcək cavab matçı barədə danışarkən deyib.

Xorvatiyalı mütəxəssis Zaqreb təmsilçisinin mərhələ adlamağa daha yaxın olduğunu bildirib: “Düzdür, “Qarabağ” Bakıda “Dinamo”ya 4 qol vura bilər. Amma Azərbaycan çempionunun mərhələni keçəcəyinə inanmıram. Çünki ilk matçda böyük hesabla uduzduqları üçün daha çox hücumda olmalıdırlar. Bu isə “Qarabağ”ın qol və ya qollar buraxması ilə nəticələnə bilər. Təbii ki, mən “Dinamo”ya azarkeşlik edəcəyəm. Fikrimcə, onlar bu şansı əldən verməyəcəklər”.

Avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Dinamo”nu Almaniyanın “Nürnberq” klubuna dəyişməsinə də toxunan J.Sopiç əlavə edib: “Zaqreb klubunda rəqabət həddindən artıq böyükdür. Buna görə də Mahir əsas heyətə düşməkdə çətinlik çəkirdi. Buna baxmayaraq, oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərirdi. Təsadüfi deyil ki, o, meydanda olduğu müddətdə müsbət göstəricilərə malik idi. “Nürnberq”ə keçidinə gəlincə, düşünürəm ki, Almaniyaya getməsi düzgün qərardır”.

Qeyd edək ki, Mahir Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.

Post navigation

Previous: Lənkəran xəstəxanasında 54 yaşlı kişi əməliyyat zamanı ölüb
Next: “Müsavata 6 faiz, REAL-a 4 faiz dəstək verib” –

Oxşar xəbərlər

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.