“Qarabağ gənclik illərimizdən içimizdə bir ağrı idi” –“Bayraktar”ın yaradıcısı Qələbədən danışdı

“Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi.

Azpost.info bildirir ki, bu sözləri Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransında çıxışı zamanı deyib.

S.Bayraktar Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib: “Qələbədə Türkiyənin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir: “Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına! Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!” – deyə Bayraktar qeyd edib.

S.Bayraktar çıxışında Vətən müharibəmizdə də istifadə edilən “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına geniş yer verib. Bildirib ki, bu aparatlar Azərbaycan da daxil olmaqla 4 ölkəyə ixrac olunub. Hazırlanmasında süni intellektdən istifadə edilən “Bayraktar TB2”-nin detallarının 93 faizi milli istehsaldır.

O, pilotsuz uçuş aparatı sənayesində fəaliyyətləri, inkişaf strategiyaları barədə geniş məlumat verib. Hərbi milli sənaye hərəkatında dronların əhəmiyyətli rolundan bəhs edib.

Bayraktarın sözlərinə görə, hazırda Türkiyə dron istehsalı ilə məşğul olan 6 ölkədən biridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neftçalada yollar əsaslı təmir olunur –

Sonrakı məqalə

Avropa İttifaqı Azərbaycanla Əməkdaşlıq Şurasının iclası barədə yekun bəyanat yayıb