“Qarabağ”ın rəqibi müəyyənləşdi –Çempionlar Liqasının püşkatması

 “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi “səpələnməmişlər” səbətində yer alıb. “Qarabağ”ın rəqibi İngiltərənin “Nyukasl” komandası olub.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

Bunu da qeyd edək ki, “Qarabağ” – PSJ/”Nyukasl” cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran “Barselona” və ya 6-cı yerin sahibi “Çelsi” ilə qarşılaşacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.