“Türkiyə Qarabağ münaqişəsinin həlli üçün Rusiya ilə işləməyə hazırdır. Münaqişə kökündən həll edilməsini gözləyir. Ankara və Moskvanın ortaq işləməsinə ehtiyac var”.
Azpost.info bildirir ki, bu barədə Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlu “TRT-Haber”ə müsahibəsində deyib.
“Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı və işğalın qurbanı var. Ədalət Azərbaycanın tərəfindədir. Rusiya da, digər dövlətlər də ədalətin yanında olmalıdır. Rusiya “Minsk üçlüyündə”dədir. Moskvanın həm Azərbaycan, həm də Ermənistanla əlaqələri var. Rusiyanın bu prosesə böyük töhfəsini verməsi üçün ehtiyac var. Hamı bilir ki, Rusiya bu günə qədər münaqişənin həlli üçün nə qədər səy göstərib. Biz daha çox töhfə verilməsini istəyirik və Rusiya ilə əməkdaşlığa hazırıq. Regionun təhlükəsizliyi üçün bu məsələni həll etmək mühümdür. Bunun üçün bizim birgə işimizə ehtiyac var”.