“Qarabağ” – “Marsel” oyununu polşalı hakimlər idarə edəcək

qarabaq marsel

“Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun hakimləri müəyyənləşib.

AFFA-dan verilən məlumata görə, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Bartoş Frankovski olacaq. Ona Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kjiştof Yakubik yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir