“Qarabağ” – “Sevilya” oyununu kim idarə edəcək? –

Hakimlər məlum oldu
16 Sentyabr 2019 - 13:32

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununun hakimləri müəyyənləşib. Azpost.info Matc.az saytına istinadən bildirir ki, UEFA qarşılaşmaya ukraynalı hakimlər briqadasını göndərir.

Oyunu Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.

Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək. Matçın UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.