“Qarabağda Türkiyə ilə birgə patrul xidmətinə ehtiyac yoxdur” –Rusiya prezidenti

“Dağlıq Qarabağda Suriyada olduğu kimi Türkiyə-Suriya birgə patrul xidməti kimi monitorinq formasını tətbiqi tələb olunmur”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin “Rossiya24” kanalına müsahibəsində deyib.

Putinin sözlərinə görə, Azərbaycan birgə monitorinq mərkəzinin suveren ərazisində harada yerləşdirəcəyi barədə özü qərar verəcək.

Rusiya prezidenti deyib ki, Rusiya-Türkiyə Mərkəzi Qarabağda vəziyyətə nəzarət üçün onlayn rejimdə PUA-lardan istifadə edəcək.

“Biz ayırıcı xətlər boyu situasiyaya bu uçan aparatların köməyi ilə bir yerdə nəzarət edəcəyik.  Bir yerdə informasiya alacağıq, və analiz edəcəyik”-deyə Putin vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir