“Qarabağı tərk edən ermənilər Ermənistanda yaşamalıdır” –Paşinyan

Bizim üçün vacib məsələlərdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsidir.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa parlamentində çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və daimi olaraq Ermənistan Respublikasında yaşamalıdır: “Biz artıq onların məskunlaşması proqramını başlamışıq və bu proqram 4 886 ailəyə fayda gətirib. Bu məsələnin həllində sülhün möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstəyə ehtiyacımız var”.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh gündəlik qayğı tələb edir.

“Ermənistan və Azərbaycan arasında sülh təmin olunub, amma o gündəlik qayğı tələb edir, əks halda illərlə sabit qalmış regionların bir neçə gün içində gözümüzün önündə müharibənin girdabına düşdüyü kimi o çox sürətlə dağılacaq”, – o bildirib.

Paşinyan, həmçinin Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülhün mükəmməl olmaması ilə bağlı ölkə hakimiyyətinə qarşı səsləndirilən tənqidlərə də toxunub.

“Bizi tənqid edirlər ki, Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülh ideal deyil. Xahiş edirəm, deyin görək, harada ideal sülh var, harada ideal sülh olub və nə vaxt mövcud olub? Əksinə, məhz sülhə can atmaq onu mümkün qədər mükəmmələ yaxın edə bilər”, — Nikol Paşinyan əlavə edib. /APA/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.