Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkatmanı dəyərləndirib

User 30 Avqust 2024 - 17:45 (Last updated: 21 May 2025 - 20:15)
qurban

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis yeni formatda keçiriləcək mərhələ barədə fikirlərini klubun rəsmi saytına açıqlayıb:

“İlk dəfə yeni formatda keçirilən turnirdə iştirak edəcəyik. Əsas mərhələdə komanda sayı da artırılıb. Hər iştirakçı Avropa Liqasında minimum 8 oyun keçirəcək. Bu, heç də az deyil. Rəqiblərimiz arasında həm “Böyük beşlik” təmsilçiləri, həm tanış komandalar var. İlk dəfə qarşılaşacağımız rəqiblər də azarkeşlər üçün maraqlı olacaq. Liqa mərhələsinin startına qədər vaxtımız var. Bütün rəqibləri yaxından tanıdıqdan, tam analiz etdikdən sonra ətraflı fikir bildirmək mümkündür. Daha diqqətli, daha ciddi olmalıyıq. Hər bir rəqibə qarşı yalnız bir matç keçirəcəyik. Ona görə də xüsusilə ev görüşlərinə daha diqqətli yanaşmalıyıq”.

Baş məşqçi püşkün nəticəsindən razı qaldığını qeyd edib: “Püşkatmadan razı qaldım. İndi demək olar ki, əksər rəqiblər arasında bir o qədər fərq yoxdur. İstənilən komanda hər bir rəqiblə matçda istədiyi nəticəni əldə edə bilər. Bütün rəqiblərimiz ciddi komandalardır. Qarşıdakı matçlara hazırlaşacaq, komandanı daha sağlam, daha hazır etməyə çalışacağıq. Azarkeşlərimizə yaxşı, maraqlı futbol arzulayıram. Çalışacağıq ki, onlar oyunlarımızdan zövq alsınlar. Onlarla böyük futbolda görüşəcəyik”.

Qeyd edək ki, “Qarabağ” evdə “Ayaks” (Niderland), “Lion” (Fransa), “Malmö” (İsveç), FCSB (Rumıniya), səfərdə “Tottenhem” (İngiltərə), “Olimpiakos”(Yunanıstan), “Bodo Qlimt” (Norveç) və “Elfsborq”la (İsveç) qarşılaşacaq.

Post navigation

Previous: Sentyabr ayının hava proqnozu açıqlanıb
Next: MN-in hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi həbs edilib

Oxşar xəbərlər

mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48

xƏBƏR

Tatarıstana
  • Dünya

Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb

User 29 Oktyabr 2026 - 13:57
Rusiya ordusu Dneprdə elektrik qatarına dron zərbəsi endirib. “Unian“ xəbər verir ki, bu barədə şəhər meri Boris...
Read more about Rusiya Dneprdə elektrik qatarına PUA zərbəsi endirib, 13 nəfər ölüb
Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.