“Qardaşlarımıza dəstəyimizi göstərmək üçün Bakıdayıq” –

Çavuşoğlu
06 Oktyabr 2020 - 12:36

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstək vermək üçün Bakıya səfər etdiyini bildirib.

Bu barədə Türkiyə XİN başçısının “Twitter” hesabında etdiyi paylaşımda bildirilib. 

“Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin və millətimizin dəstəyini və həmrəyliyini nümayiş etdirmək üçün Bakıdayıq”, – deyə M. Çavuşoğlu vurğulayıb.