Qarı havada 15 nəfər xəsarət alıb

Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

“Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar”, – məlumatda qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.