Qarnı üstə yatmaq sağlamlığımız üçün çox təhlükəlidir

Qarnı üstə yatmaq sağlamlığımız üçün çox təhlükəlidir.

Azpost.info xəbər verir ki, mütəxəssislərin fikrincə, bu vəziyyətdə insan xüsusilə beyni qidalandıran damarlarda qan axını ilə bağlı problemlər yaşaya bilər. Bu da öz növbəsində, şişlik və baş ağrılarına səbəb olar.

“Baş ağrısı təkcə beyinə qeyri-adekvat qan axını səbəbindən deyil, həm də beynin kifayət qədər oksigen almaması səbəbindən baş verə bilər. İnsan qarnı üstə yatan zaman boyun və bel əzələləri həddən artıq gərginləşir”, – həkimlər xəbərdarlıq edir.

Bu vəziyyətdə yatan adamın başı daima çevrilir ki, bu da gözdaxili təzyiqin artmasına və gözün gərginləşməsinə səbəb ola bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.