“Qarşıda öyrəşmədiyimiz, çətin olacaq aylar var” –ÜST-ün Azərbaycandakı nümayəndəsi

“Koronavirus onu dayandırmağı bacarana qədər həyatımızda olmağa davam edəcəkdir. Bunu başa düşməliyik”.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı deyib.

Onun sözlərinə görə, qarşımızda çox uzun bir yol var: “Xoşumuza getmədiyimiz, öyrəşmədiyimiz, bizim üçün çətin olacaq işləri görmək məcburiyyətində olacağımız aylar var. Başqa bir qısa yolu yoxdur. Hər kəs fiziki məsafəni qoruyub saxlasın, əllərini yusun, maska ​​taxsın. Tibb işçiləri, test edin, özünüzü təcrid edin, təmaslarınıza diqqət edin. Yalnız bu şəkildə özümüzü və yaxınlarımızı qoruya bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Meşələrin qırılması, otlaqların həddən artıq yüklənməsi sel ehtimalı yaradır” –