Qarşıdakı 3 gündə gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 5, 6 və 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Yanvarın 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub qərb küləyi 6-da arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/saniyəyə çatacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq. Bölgələrdə də yanvarın 5-i günün birinci yarısında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz Qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə – Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi-Zəngəzur bölgəsində və Quba, Qusar rayonlarında yağıntıların intensiv olacağı ehtimal olunur.

6-sı gündüz saatlarından yağıntıların kəsiləcəyi, 7-də əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 m/saniyəyədək güclənəcək.

Havanın temperaturu aran rayonlarında Aran rayonlarında günorta saatlarında 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan, 2 dərəcəyədək isti olacaq.

Əvvəlki məqalə

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sonrakı məqalə

“Facebook” istifadəçiləri üçün daha bir yenilik