Qasım Süleymaninin cənazəsi Tehrana gətirildi –Xamneyi və nazirlər namaz qıldı (FOTO)

ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi ötən gecə Tehrana gətirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, onun üçün Ayətullah Xamneyinin rəhbərliyi ilə Tehran Universitetində cənazə namazı qılınıb.

Cənazə namazından sonra Süleymanin və digərlərinin nəşi “İnqilab” meydanından Tehranın “Azadi” meydanına kimi vida yürüşü ilə Qum şəhərinə göndəriləcək. Burada vida mərasimi bitdikdən sonra Qasım Süleymaninin cənazəsi dəfn üçün Kirman şəhərinə yola salınacaq.

Əbu Mehdi Mühəndisin cənazəsi isə Nəcəfə yola salınacaq və Vadius-Salam qəbiristanlığında dəfn ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniya, Almaniya və Fransanın dövlət başçıları BƏYANAT yaydı:

Sonrakı məqalə

“Yuventus” yeni transferini Qətər klubuna satır