Qasım Süleymaninin dəfn mərasimi:

35 nəfər ölüb, 48 nəfər yaralanıb
07 Yanvar 2020 - 13:51

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda ölənlərin və xəsarət alanların sayı məlum olub.

APA-nın yerli bürosunun İran dövlət televiziyasının saytına istinadən verdiyi xəbərə görə, Qasım Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb.