Qasım Süleymaninin xatirə mərasimindəki partlayışda 103 nəfər ölüb-İranda terror aktı VİDEO /YENİLƏNİB

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb.

RİA “Novosti  xəbər verir ki, yaralı sayı 141 nəfərdir.

**

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.

Yaralı sayı 170-dən çoxdur.

İran rəsmiləri İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayışı terror aktı adlandırıblar.

**

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib.

Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu barədə Tasnim məlumat yayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.