Qatar tuneldə dayandı, qadının ürəyi getdi –Metroda yenə qrafik pozuldu

Bu gün səhər saat 08:30 radələrində “Bakı Metropoliteni” QSC-nin stansiyalarında sıxlıq yaşanıb. Tuneldə olarkən qatarların hərəkəti ləngiyib, hətta vaqonlardakı sıxlıq və qatarların ləngiməsi bəzi sərnişinlərin səhhətinin pisləşməsinə səbəb olub.

Metronun “Qara Qarayev” stansiyasından “Koroğlu” stansiyasına gedərkən, 35 yaşlarında qadının ürəyi gedib. Sərnişinlərin ilkin tibbi yardımı ilə qadın özünə gəlib.

Məsələ bağlı açıqlama verən “Bakı Metropolteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb qatarlaran birində baş verən texniki nasazlıqdır:

“Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarın “Gənclik” stansiyasında qapılarında texniki problem yaranıb. Maşinist problemi həll edib, qatar yola düşüb. Ümumilə xətdə 5 dəqiqəyədək ləngiməyə yol verilib”.

Onun sözlərinə görə, hazırda intervalın bərpa olunması istiqamətində iş gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan məzənnəsi

Sonrakı məqalə

Ölkədə əhalinin neçə faizi siqaret çəkir? –