Qayıqdakı partlayışda yaralanan 3 nəfərdən 2-nin vəziyyəti ağırdır –

Xəstəxanadan açıqlama
29 Oktyabr 2019 - 19:09

Xəzər dənizində SOCAR-ın geoloji kəşfiyyat qayığında baş verən partlayış zamanı xəsarət alan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlardan 2-nin vəziyyəti ağır, 1 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir. Yaralılarda əsasən bədənin ön səthinin, sifət nayihəsinin yanıqları, qəlpə yaraları xəsarətləri aşkarlanıb.

Hazırda yaralıların müalicə və müayinəsi davam edir.