Qaynanasını və arvadını yandıran qatilə cinayət işi açıldı

17 Oktyabr 2019 - 10:55

Bakının Binəqədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri aparılır, ekspertizalar təyin olunub.

Qeyd edək ki, oktyabrın 16-da Binəqədi rayonu, Aydınbəyov küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı – qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. (APA)