“Qaz və benzinin bahalaşmasında hökumət günahkardır” –Qazaxstan prezidenti təcili iclas keçirdi, bəyanat verdi

Qazaxstan prezidenti Kasım-Jomart Tokayev ölkədə etiraz situasiyanın yaranmasına görə hökumətin xüsusi məsuliyyət daşıdığını bəyan edib və hökümət üzvlərini günahlandırıb.
Prezident Adminsitrasiyasının saytının məlumatına görə, dövlət başçısı ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən iclasda bildirib.
“Prezident deyib ki, baş nazir Askar Mamin istefa ilə bağlı ərizəni təqdim edib. Ərizə qəbul edilib. Kasım-Jomart Tokaev bildirib ki, qaz qiymətlərinin bahalaşması ilə bağlı xüsusi günah hökümət daşıyır”-deyə məlumatda bildirilir.
Prezident 6 ay müddətində qaz və benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı sərəncam verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Qazaxıstanda hökumət istefa verdi –

Sonrakı məqalə

Dolların bu günə olan məzənnəsi