Qazax və Ağstafada erməni təxribatlarının qarşısı alınıb- Düşmənin döyüş mövqeləri cavab atəşi ilə susdurulub (RƏSMİ)

Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax və Ağstafa rayonları istiqamətində müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.  

Bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata əsasən, son günlər ərzində sərhəd döyüş məntəqələrimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz Ermənistan Respublikasının Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən günün müxtəlif vaxtlarında dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda düşmən təxribatlarının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub(apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Yanlışlığa yol verən hərbçilər cinayət məsuliyyətinə cəlb ediləcəklər”

Sonrakı məqalə

“Ordunun sərəncamında olan silahlar düşmən üzərində qələbəyə tam imkan verir”