Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Gənclik narkomaniyaya qarşı” adlı layihəsinin icrası çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədi 25 sentyabr 2024-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək Qazax rayonun I Şıxlı, II Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Quşçu Ayrım kəndlərinin gəncləri ilə görüşlər keçirilib.
Hər görüşdə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev çıxış edərək layihə və donor haqda iştirakçılara ətraflı məlumat vermiş, silsilə şəklində davam edən maarifləndirmə tədbirinin əsas məqsədinin sağlam həyat tərzini təbliğ etməkdən və narkomaniyaya qarşı übarizədə maarifləndirmənin kütləviliyinə nail olmaqdan ibarət olduğunu qeyd edib.
Tədbirlərdə ardıcıllıqla cıxış edənlər I Şıxlı kənd İƏD-si üzrə nümayəndənin müavini Adıgözəlov Çərkəz, II Şıxlı kənd tam orta məktəbin direktoru Kərimov Rauf, Qol güləşi üzrə Dünya və Avropa cempionları Mustafayev İsmayıl, könüllü Gurzalıyev Ələddin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndənin müavini Alıyeva Saadət, Daş Salahlı kənd tam orta məktəbin təşkilatçı müavin Civişova Günay, 2 saylı Çaylı kənd tam orta məktəbin hərbi rəhbəri Aslanov Sahib və Quşçu Ayrım kənd İƏD-si nümayəndəsinin müavini Məmmədov Hafis və könüllü Gurzalıyev Ələddin layihənin önəmi haqda və sağlam həyat tərzinin təbliği məqsədi ilə ətraflı danışdılar. Hər tədbirdə gənclər çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Ümumilikdə Qazax rayonun 6 kəndində keçirilən tədbirlərdə 256 gənc layihədən bəhrələnib.