Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin hökumət başçılarının görüşündə Qazaxıstanın Baş Naziri Askar Mamin rəqəmsal iqtisadiyyatın inkişafı üçün Şuranın yaradılması təklifi ilə çıxış edib.
Azərtac xəbər verir ki, Baş Nazir iştirakçıları Rəqəmsal İqtisadiyyatın İnkişafına dair Şura yaratmağa dəvət edib. Bildirib ki, Şura yeni texnoloji elementlərin ölkələrdə tətbiqi, 5G, ağıllı şəhərlər, rəqəmsal aktivlər, qlobal rəqəmsal xidmətlər bazarında iştirakı, həmçinin məlumat mərkəzlərinin qurulması və yerləşdirilməsi, ötürülməsi üçün qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün platforma ola bilər.
Bundan başqa, ŞƏT üzvü olan dövlətlərin dəmir yolu sahəsindəki əməkdaşlıq mexanizmlərində müşahidəçi dövlətlərin iştirakının genişləndirilməsini, avtomobil nəqliyyatı üçün buraxılış sənədlərinin verilməsi üçün avtomatlaşdırılmış sistemin tətbiqinin sürətləndirilməsini və təşkilata üzv ölkələrin avtomobil yollarının inkişafı üçün birgə proqramın təsdiqlənməsi təklif edilib.
Xatırladırıq ki, Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İqtisadi Əlaqələr və Xarici Ticarət Nazirlərinin XVIII müşavirəsi keçirilib. Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşıdır.