Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali tələb olunan təhlükəsizlik tədbirlərinə əməl etsə də, koronavirusa yoluxub.
Kazinform-un verdiyi məlumata görə, o, hazırda həkimlərin nəzarəti altında xəstəxanada mülicə olunur. Səhhəti haqqında danışan mətbuat katibi vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Berik Uali əlavə edib ki, prezident Kassym – Jomart Tokayev iş qrafikinə uyğun işləyir, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.