“Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyəcək”- XİN rəhbəri

“Qazaxıstan Qərb ölkələri kimi, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Lakin Astana Moskvaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etmək niyyətində də deyil”.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib.

Nazir qeyd edib ki, Astana ilə Moskva arasında sıx münasibətlər var və sanksiyaların tətbiqi Qazaxıstan vətəndaşlarının da rifahına xələl gətirəcək. Eyni zamanda, Qazaxıstanın üçüncü ölkələrin məhdudlaşdırıcı tədbirlərini pozmaqdan imtina etməsi ölkənin iqtisadi siyasətinin prinsiplərindən biridir.

“Hökumət gələcəkdə də bu qaydaya ciddi əməl edəcək”, – Muxtar Tleuberdi qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Patriarx Kirill Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib