Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb

buğda
buğda

2025-ci ilin yekunlarına görə, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti Səhmdar Cəmiyyətinin şəbəkəsi üzrə taxıl daşımalarının həcmi 14,3 milyon tonu ötüb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 31 faiz çoxdur. 

AZƏRTAC şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, ixrac üçün 11 milyon ton taxıl göndərilib, bu isə ötən ilin həcmini 33 faiz üstələyir. Son 10 ildə ilk dəfədir ki, bu cür göstəricilər qeydə alınıb.

Daxili daşımalar 26 faiz artaraq 3,3 milyon tonu ötüb. Daşımaların həcminin artımı Mərkəzi Asiya ölkələri istiqamətində də qeydə alınıb – 30 faiz artımla 6,3 milyon tona çatıb. O cümlədən, Qırğızıstana daşımalar iki dəfə, Tacikistana daşımalar 12 faiz artaraq 1,4 milyon tona, Özbəkistana daşımalar isə 32 faiz artaraq 4,5 milyon tona yüksəlib.

Azərbaycana taxıl daşımalarının həcmi üç dəfə artıb, İrana yükləmələr 69 faiz, Əfqanıstana isə 63 faiz artıb. Baltikyanı ölkələrə daşımaların həcmi altı dəfə artaraq 800 min tonu ötüb. Qara dəniz və Baltik dənizi limanlarına daşımalar müvafiq olaraq 49 və 67 faiz artıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.