Qazaxıstanda kütləvi etiraz aksiyaları davam edir –Prezident sabaha qədər vaxt istədi (VİDEO)

Qazaxıstanın bir sıra yerlərində ötən gündən etibarən başlayan kütləvi etiraz aksiyaları davam edir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib.

Turkustan.az-ın “Kazinform”a istinadən verdiyi məlumata görə, dövlət başçısı müraciətini özünün “Twitter” səhifəsində yerləşdirib.

“Hökumət ona verilən səlahiyyətlər çərçivəsində ölkədə sabitliyi təmin etmək üçün Manqistau vilayətində maye qazın qiymətini bir litr üçün 50 təngəyə endirmək qərarına gəlib.

Nümayişçilərə cəmiyyətimizin sabitliyini və birliyini pozmaqda maraqlı olan destruktiv şəxslərin çağırışlarına uymamaları üçün müraciət edirəm. Digər sosial-iqtisadi tələblərə sabah paytaxtda keçiriləcək məsləhətləşmələr də daxil olmaqla ayrıca baxılacaq”, – deyə Kasım-Jomart Tokayev bildirib: “Nümayişçilərə müraciət edərək onlardan destruktiv simaların çağırışlarına əməl etməməyi xahiş edirəm. Həmin şəxslər bizim cəmiyyətin həmrəylik və stabilliyinin pozulmasında maraqlıdırlar.

Xatırladaq ki, daha əvvəl etirazlarla əlaqədar Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb. Etirazlardan sonra Manqistauda 1 litr maye qazın qiyməti endirilib və 50 təngə (0.11 dollar) məbləğində müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi sazişinin icrasına başlanılıb

Sonrakı məqalə

“Hökumət süqut etməyəcək, təxribata uymayın”-