“Qazaxıstanda Rusiyanın və KTMT-nin hərbi bazası daimi qalmalıdır” –Dumanın fraksiya sədri Sergey Mironovdan müraciət

“KTMT-nin hərbi qüvvələri rus əhalisinin müdafiəsi üçün Qazaxıstanda daimi qalmalıdırlar”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasının rəhbəri, deputat Sergey Mironov bəyan edib.
Rusiyanın hərbi hissələrinin təşkil etdiyi KTMT qüvvələri Qazaxstanda ekstermizmə qarşı müqavimət üçün baza rolunu oynaya bilər. Bu sistemin ən mühüm işlərindən biri rusdilli əhalinin müdafiəsi olmalıdır. Qazaxstanda KTMT-nin bir neçə daimi bazasının yerləşdirilməsini məqsədəuyğun hesab edirəm”-deyə Mironov bildirib.
Deputat deyib ki, rusların müdafiəsi Rusiya üçün Orta Asiyada təhlükəsizliklə bağlı problemlərin müzakirəsi zamanı əsas məsələ olmalıdır.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Qazaxıstan prezidenti ilə danışdı:

Sonrakı məqalə

Un istehsalçılarının topdansatış məntəqələri, satış qiyməti və iş vaxtı açıqlandı –