Qazaxıstanda səfərbərlik başlayıb- Ehtiyatda olan zabitlər xidmətə çağırılır

Qazaxıstanda ehtiyatda olan zabitlər hərbi xidmətə çağırılır.

Azpost.info xəbər verir ki, Qazaxıstan Baş naziri Əlixan Smailov ehtiyatda olan zabitlərin iki illik hərbi xidmətə səfərbər edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, 2024-cü ildə qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə yararlı və onu başa vurmamış ehtiyatda olan zabitlər 24 ay müddətinə hərbi xidmətə çağırılacaq, zabit vəzifələrində hərbi xidmət keçəcəklər.

Sənədə əlavədə qeyd olunur ki, bu il 600 nəfər Qazaxıstan Silahlı Qüvvələrinə, 80 nəfər Sərhəd Xidmətinə, 42 nəfər Milli Qvardiya sıralarına, 30 nəfər Fövqəladə Hallar Nazirliyinə hərbi xidmətə çağırılır. Səfərbərliyin təşəbbüskarı ölkənin Müdafiə Nazirliyidir.

Azpost.info

Əvvəlki məqalə

AZƏRBAYCANLI MƏŞHURLARIN ÖLÜM MASKALARI –

Sonrakı məqalə

Qızılca xəstəsi ilə təmasda olan şəxs karantinə alınır?