“Qazaxıstanda vəziyyətin nəzarət altına alınmasından məmnunuq” –Türkiyə XİN başçısı

“Qazaxıstanda vəziyyətin nəzarət altına alınmasından məmnunuq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı XİN başçılarının videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.

O, Qazaxıstanda yeni Baş nazir təyinatından da məmnunluğunu ifadə edib.

“Böyük türk dünyası olaraq Qazaxıstanın yanındayıq”, – XİN başçısı vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, iclasın sonunda birgə bəyannamə qəbul ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk Dövlətləri Təşkilatının fövqəladə iclası başlanıb –

Sonrakı məqalə

“Qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyirik” –