“Qazaxıstanı Rusiyanın müttəfiqi kimi sıradan çıxarmaq istəyirdilər” –

Jirinovski baş verənlərdə ABŞ-ı ittiham etdi
06 Yanvar 2022 - 20:56
“Qazaxstanda baş verən hadsələrdə xarici təsir faktoru da var”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın LDPR-in sədri Vladimir Jirinovski etiraz aksiyalarına gətirən faktorları şərh edərkən bildirib.
“Xarici təsir. Birincisi, Qazaxstını əhatəyə alan müsəlman ölkələrdən olan xarici təsir. Bu ölkələrdə dini zəmində qiyamlar olub. Yaxınlıqda talibanın hakimiyyətə gəldiyi Əfqanıstan yerləşir. İkincisi, ABŞ Rusiyanın Orta Asiyadakı müttəfiqlərindən birini sıradan çıxarmaq və orada Ermənistanda və Moldovada olduğu kimi neytral rejim yaratmaqda maraqlı idi. Bununla onlar regionu Rusiya üçün bağlayacaqdılar. Bundan sonra Özbəkistanda rejimi dəyişdirmək qalırdı. Bununla da Rusiyanın nufuzunu birdəfəlik zəiflədəcəkdilər”-deyə Jirinovski teleqram-kanalda yazıb.