“Qazaxıstanı xəbərdar etmişdik…Evində ruslar peyda olursa, çıxarmaq çətin olur” –

ABŞ dövlət katibi
08 Yanvar 2022 - 00:18

“ABŞ Qazaxstanda baş verən hadisələrdən narahatdır”. 

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın dövlət katibi Blinken jurnalistlərə deyib.

“Biz Qazaxıstanda fövqəladə rejimindən çox narahatıq. Biz hakimiyyəti xəbərdar etmişdik ki, etirazçıların hüquqlarına müvafiq olaraq, proprosional qaydada cavab vermək lazımdır”-deyə dövlət katibi vurğulayıb.

Blinken deyib ki, Qazaxıstanın KTMT-yə müraciəti ABŞ-da suallar doğurur. Vaşinqtonun hesablamasına görə, respublikada situasiyanı özü həll etməsi üçün kifayət qədər resursu olub:”Aydın deyil, nə üçün onlar xarici kömək üçün zərurət hiss edibər?”-deyə ABŞ dövlət katibi təəccüblə vurğulayıb.

Blinken iğtişaşları iqtisadi səbəblərlə izah edib: “Ötən tarixdən bir dərs: Əgər evində ruslar peyda olursa, onları oradan çıxarmaq çox çətin olur“-deyə dövlət katibi vurğulayıb.