Qazaxstanda dəhşətli təyyarə qəzası –

Təyyarə evə çırpıldı, 15 nəfər öldü (FOTO VİDEO) YENİLƏNİR
27 Dekabr 2019 - 09:37

Qazaxıstanın “Bek Air” şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Atı hava limanı yaxınlığında qəzaya uğrayıb.

TASS xəbər verir ki, bu barədə hava limanının “Facebook”dakı səhifəsində bildirilir.

“Bu gün “Bek Air” aviaşirkətinin Alma Atı-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb.

95 sərnişin, 5 ekipaj üzvü olan təyyarədə ölənlərin sayı artaraq 14 nəfər olub. 35 nəfər isə yaralanıb.

“Uşaq Təcili Tibbi Yardım Mərkəzinə 8 uşaq travma ilə şüurlu vəziyyətdə çatdırılıb. Travma ilə daha 5 yetkin insan xəstəxanaya çatdırılıb. 4 nömrəli Klinik Xəstəxanaya 17 xəstə son dərəcə ağır vəziyyətdə qəbul olunub. 14 nəfər hadisə yerində ölüb”, – deyə “RİA Novosti”yə  Almatı şəhər rəhbərliyindən bildirilib.

Aviaşirkətin internet saytındakı məlumata görə, ehtiyatında olan təyyarələr ortamənzilli “Fokker 100” tipli sərnişin təyyarələridir. Qəzanın səbəbləri dəqiqləşdirilənə qədər bu tip təyyarələrin uçuşları müvəqqəti olaraq dayandırılıb.

**

Qazaxıstanda təyyarə qəzasında ölənlərin sayı artıb.

TASS-ın verdiyi xəbərə görə, qəza nəticəsində ölənlərin sayı 15-ə çatıb.