Qazaxstanda fövqəladə vəziyyət elan olundu –Prezident fərman imzaladı

Qazaxstanın Maniqustay vilayətində və Alma-Ata şəhərində fövqəladə vəziyyət elan edilib.

Azpost.info bildirir ki, bu barədə prezident Kasım-Jomart Tokayev fərman imzalayıb.

Fərmanda deyilir ki, vəziyyətin kəskinləşməsi ilə əlaqadar ictimai təhlükəsizliyi, qayda-qanunu, vərəndaşların hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə Maniqustay vilayətində və Alma-Ata şəhərində 5 yanvar saat 01.30-dan etibarən 19 yanvar 2022-ci il 00.00-a qədər fövqəladə vəziyyət elan olunur.

Qeyd edək ki, 2 gündür Qazaxstanda qazın qiymətinin artmasına etiraz olaraq irimiqyaslı etiraz aksiyaları keçirilir.

Prezident öz telemüraciətində vətəndaşları təxriabatlara uymamağa çağırıb.

https://youtu.be/ARk98MOJeZ0

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hökumət süqut etməyəcək, təxribata uymayın”-

Sonrakı məqalə

Rio-de-Janeyroda ənənəvi karnaval ləğv edilib