“Qazın 2000 avro olacağı yeni dünyaya xoş gəlmisiniz!” –
“Avropa qazın qiymətinin 2000 avro olmasına hazırlaşmalıdır”.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniyanın “Şimal axını-2”-nin sertifikatlaşdırılmasını dayandırmaq qərarını şərh edərkən bildirib.
“Almaniya kansleri Olaf Şolts “Şimal axını-2″ qaz kəmərinin sertifikatlaşdırılmasını dayandırmağı tapşırıb. Yaxşı, avropalıların tezliklə qazın min kubmetri üçün 2000 avro ödəyəcəkləri yeni dünyaya xoş gəlmisiniz!”,- Medvedev “Tvitter”də yazıb.
Qeyd edək ki, Almaniya bu sanksiyanı Rusiyanın “LXR” və “DXR”-i tanımasına cavab olaraq tətbiq edib.
Azpost.info
