QHT “Kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək” layihəsinə start verib

“Faiq” Kənd Təsərrüfatı Məhsulları İstehsalçılarının İctimai Birliyi “Kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək” mövzusunda tədbirlərin təşkili layihəsinin icrasına start verib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layiənin məqsədi yeniyetmələrin kənd təsərrüfatı sahəsində yeni yaradılmış peşə və ixtisaslar haqqında məlumatlandırılması, bu sahəyə maraqlarının artırılması, kənd təsərrüfatı üzrə bütün peşə məktəbləri haqqında məlumatlanması, bu sahədə kadr hazırlığı işinə töhfə vermək, gənclərin məşğulluğunun təmin edilməsinə, bu sektorda səmərəliliyi artırmaq planlarına dəstək olmaqdır.

Qeyd edək ki, layihə 3 ay ərzində Quba şəhərində icra olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.