Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT layihə çərçivəsində növbəti təlimi Zəngilan, Şuşa şəhərində keçirib –

User 02 Avqust 2024 - 17:00 (Last updated: 21 May 2025 - 20:15)
b01

“Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində növbəti təlimlər Zəngilanın Ağalı kəndi və Şuşa şəhərində yekunlaşdı.

Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin icra etdiyi “Böyük Qayıdış prosesində Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi çərçivəsində növbəti təlimlər yeni məskunlaşmış əhali üçün Zəngilanın Ağalı kəndi və Şuşa şəhərində keçirilib. Təlimi giriş sözü ilə açan Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov layihənin məqsəd və məramı ilə bağlı məlumat verdi, daha sonra iştirakçılara icma quruculuğu, məcburi köçkünlərin məşğulluq imkanlarını artırmaq və reinteqrasiya prosesini daha da gücləndirmək istiqamətində praktiki və nəzəri biliklər verildi.

Yeni məskunlaşmış sakinlərə Dayanıqlı İnkişaf Məqsədlərinin mövcud olan 17 hədəfi haqqında məlumat verilmiş, icma quruculuğu prosesində DİM-nin tətbiqi nəzərdən keçirilmiş, icmanın ehtiyaclarının öyrənilməsi məqsədi ilə fokus qrup müzakirələri təşkil olunmuş, gənclərin və qadınların biznes və sahibkarlıq subyektlərini formalaşdırmaq üçün təqdimatlar keçirilmiş və məsləhət xidmətləri təşkil olunub.

Peşəkar təlimçilər olan Elşad Şiriyev və Arzu İbrahimova tərəfindən aparılan təlimdə potensial olaraq məşğulluq məsələləri ilə bağlı ehtiyaclar müəyyən olundu. İştirakçılara biznes planların tərtib olunma və müraciət olunması qaydaları ilə bağlı məlumat verildi və bu istiqamətdə davamlı dəstəyin davam etdirilməsi, kiçik sahibkarlar üçün texniki dəstəyin göstərilməsi, müvafiq avadanlıqla təmin olunması nəzərdə tutulur.

Layihənin hədəf qrupu gənc qadınlar, gənc sahibkarlar və icmalar olmuşdur və əsas məqsəd yeni biznes ideyalarını təşviq etmək və yeni sahibkarların yetişdirilməsinə dəstək göstərmək olar. Təlimin zamanı iştirakçılar öz ehtiyac və rəylərini təşkilatçılara təqdim etdilər, bütün təklif və rəylər toplanaraq layihənin sonunda “Dovlət-özəl-icma” tərəfdaşlığı üzrə keçiriləcək konfransda rəsmilərin və özəl sektor nümayəndələrinin diqqətinə çatdırılacaq və bu istiqamətdə müzakirələr təşkil olunacaq.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

Post navigation

Previous: “ABŞ və İsrail liderləri arasında münasibətlər çox gərgindir”
Next: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Oxşar xəbərlər

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.