Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT-nin “İlk tibbi yardım” layihəsi: 12 uğurlu təlim geridə qaldı

User 16 Sentyabr 2024 - 08:00 (Last updated: 21 May 2025 - 20:15)
q01

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2024-cü il tarixdən icrasına başladığı “İlk tibbi yardım” layihəsinin artıq 12 təlimini uğurla geridə qoyub.

Layihə çərçivəsində iştirakçılar bir çox vacib tibbi biliklər əldə ediblər ki, bu da əlilliyi olan uşaqların analarının tibbi bacarıqlarını inkişaf etdirməsinə və onların övladlarının sağlamlığına və təhlükəsizliyinə daha effektiv şəkildə dəstək göstərməsinə imkan yaradıb.

Təlimlər zamanı iştirakçılara insan anatomiyası, endokrin vəzilər, aseptika və antiseptika, qan qrupları, inyeksiyalar kimi mövzular üzrə geniş biliklər verilib. Bununla yanaşı, layihə müddətində aparılan qiymətləndirmə göstərib ki, analar öyrəndikləri biliklər vasitəsilə ailə daxilində sağlamlığa yönəlik riskləri azaltmaq və uşaqlarının təhlükəsizliyini artırmaq sahəsində daha fəal və məlumatlı hərəkət edə biləcəklər.

Layihə iştirakçılarının böyük marağı və fəallığı layihənin uğurlu icrasını təmin edib. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihəni həyata keçirən “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər. Bu təlimlər sayəsində analar fövqəladə vəziyyətlərdə övladlarına təcili yardım göstərmək üçün zəruri biliklərə sahib olacaqlar.

Layihə çərçivəsində növbəti təlimlərin keçirilməsi planlaşdırılır və layihə, əlilliyi olan uşaqların analarının sağlamlıq biliklərini daha da möhkəmləndirməyə davam edəcək.

Post navigation

Previous: Bakının bu rayonlarında sabah su fasilələrlə veriləcək
Next: Bu günə olan valyuta məzənnələri

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.