Qırğız parlamenti Qazaxıstana hərbçi göndərilməsini təsdiqlədi

07 Yanvar 2022 - 11:46

Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti tərkibində Qazaxıstana hərbi kontingentin göndərilməsi barədə qərarı təsdiqləyib.

TASS -ın məlumatına görə, Qazaxıstana 150 qırğızıstanlı hərbçi göndəriləcək. Hərbi kontingent Qazaxıstanda əsas strateji dövlət və hərbi obyektləri mühafizə edəcək.

Xatırladaq ki, KTMT-ya üzv Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan Qazaxıstana sülhməramlı kontingent göndərmək barədə qərar verib.