Qırğızıstan prezidenti məmurlara hirsləndi –"Sənədləşməni rus dilində aparmaq düzgün deyil"

Qırğızıstan prezidenti Sadır Japarov Nazirlər Kabinetinin iclasında çıxışı zamanı məmurları sənədləşmə işlərini rus dilində apardıqlarına görə tənqid edib.

Azpost.info xəbər verir ki, prezidentin sözlərinə görə, ölkədə elə şərait yaradılmalıdır ki, hər bir vətəndaş dövlət dilində sərbəst danışa və yaza bilsin.

“Sənədləşməni yalnız rus dilində aparmaq düzgün deyil. Dövlət dilinin payı ən azı 50 faiz olmalıdır. Dilə biganə münasibət davam edərsə, o zaman dil inkişaf etməyəcək”, – Japarov deyib.

“Respublikada rus dili rəsmi, qırğız dili dövlət dilidir”, – Qırğızıstan prezidenti qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

BQXK və Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkətinə şərait yaradılıb-

Sonrakı məqalə

Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü