Qırğızıstan-Tacikistan sərhədində atışma olub-17 hərbçi yaralanıb

Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

“Report” xəbər verir ki, bu barədə Tacikistanın “ASIA-Plus” media qrupu məlumat yayıb.

Daha 17 tacikin yaralandığı bildirilir. Yaralananlardan altısı mülki şəxs, on biri isə hərbçidir.

**

Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında baş verən atışma zamanı 6 hərbçi yaralanıb.

Daha əvvəl yaralıların 3 nəfər olduğu bildirilirdi.

Bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

“Yanvarın 27-si yerli vaxtla saat 18:30-a (Bakı vaxtı ilə 16:30-red) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir”, – məlumatda qeyd olunub.

Bildirilib ki, saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ərdoğan Təhlükəsizlik Şurasında Ermənistanla əlaqələrin bərpasını müzakirə edib

Sonrakı məqalə

Türkiyə Təhlükəsizlik Şurası Rusiya və Ukraynaya çağırış edib