Qırğızıstanın Baş Naziri istefaya göndərilib

09 Oktyabr 2020 - 12:24

Qırğızıstanın Baş Naziri Kubatbek Boronov vəzifəsindən azad olunub.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bununla bağlı Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov fərman imzalayıb. 

Lakin Baş Nazir və hökumət kabineti yeni kabinet qurulana qədər vəzifələrini icra edəcəklər.