Qırğızıstanın sabiq prezidentinə hökm oxundu- 11 il 2 ay həbs cəzası

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, sabiq prezidentin vəkili Sergey Slesarev bildirib ki, A. Atambayev Bişkekin 1 May Rayon Məhkəməsinin hökmü ilə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Qırğızıstanın keçmiş prezidenti A. Atambayev ötən ilin avqust ayında həbs edilib. Sabiq prezidentə qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hökumət 190 manatlıq birdəfəlik yardım sistemini bərpa etdi

Sonrakı məqalə

Azərbaycanda daha iki jurnalist koronavirusa yoluxdu