Qırıcı qəzaya uğradı –

Müdafiə naziri hadisə yerinə getdi
29 Sentyabr 2019 - 13:29

Slovakiyanın qərbində təyyarə qəzası baş verib. 

Cebhe.info xəbər verir ki, təlim uçuşları zamanı “Miq-29” qırıcısı qəzaya uğrayıb. Qəza Zlate Moravtse şəhəri yaxınlığında baş verib. Pilot zamanında katapult edərək qırıcını tərk edə bilib. Lakin pilotun taleyi hələ müəmmalıdır.

Ölkənin müdafiə naziri Peter Qaydoş hadisə yerinə gedib.