“Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbi

f5789b8a-b76a-4860-a8d5-a5d44d862a19

Ötən gün Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması səbəbi açıqlanıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.

Hazırda “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir