“Qırmızı ürəklər” fondu şəhid övladlarını təbrik edib-FOTO

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, “Qırmızı Ürəklər” (“Red Hearts”) fondu “PAŞA Holding”in dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl ərəfəsində şəhid övladları üçün ənənəvi “Onlar bizə əmanətdir” tədbirini keçirdi.

“Kapital Bank”dan  verilən məlumata görə, tədbir çərçivəsində Qarabağ müharibəsi zamanı yaxınını itirən, 16 yaşadək olan 1 634 nəfər şəhid övladına bayram hədiyyələri təqdim edilib. Paytaxt Bakı ilə yanaşı ölkənin regionlarını da əhatə edən aksiyada “Qırmız Ürəklər”in, “PAŞA Holding”in, “Kapital Bank”ın, “PAŞA Bank”ın, “Fairmont Hotel”in və müxtəlif qrupların könüllüləri iştirak edib. “Onlar bizə əmanətdir” tədbiri ötən ildə də bayram ərəfəsində keçirilib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə “Kapital Bank”ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentin payız sessiyasında 7 qanun layihəsi qəbul edilməyib

Sonrakı məqalə

Gürcüstanda son sutkada 2 514 nəfər koronavirusa yoluxub