Qızılın qiyməti rekord həddə BAHALAŞDI

Əmtəə bazarlarında qızıl yenidən bahalaşmaqda davam edib.

AzPost birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,05% və ya 1,4 dollar artaraq 3 045,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,43% və ya 0,14 dollar artaraq 33,6 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu il martın 19-da qeydə alınıb və 3052 dollara qədər yüksəlib. /Modern.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.