“Qladiator” Rassel Krou yenidən döyüşə çıxacaq. Bu dəfə isə aktyorun qəhrəmanı Roma imperatoru ilə döyüşəcək.
Azpost.info bildirir ki, “Deadline” nəşrinin yaydığı xəbərə görə, “Qladiator”-un ulduzu, Hollivud aktyoru Rassel Krou “Sonuncu Druid” filmində rol alacaq.
Əsrin dörddə biri ötdükdən sonra savaşçı obrazını yaradan Rassel Krou yenidən bu imperiyaya meydan oxumaq üçün qədim Romaya qayıdır. “Qladiator” dram filminə görə “Oskar” laureatı alan ulduz aktyoru tamaşaçılar bu dəfə qədim Romada baş verən hadisələrdən bəhs edən “Sonuncu Druid” filmində baş rolda görəcəklər.
Stuart Fordun “Destined for Glory AGC” şirkəti Amerika Birləşmiş Ştatlarının film bazarında alıcılara yeni “Sonuncu Druid” filminin təqdim edəcək. Bu yeni çəkiləcək ekran əsərinin birgə maliyyələşdirməsini “CAAMedia Finance” ilə bərabər “Range Media Partners” və həmçinin “Nostromo” şirkətləri təmin ediləcək.
Bu filmin rejissoru Uilyam Eubank olacaq. Rassel Krou əvvəllər olduğu kimi, hətta 2024-cü ildə də çəkilmiş “Şər ərazisi” adlı döyüş filmində bu rejissorla əməkdaşlıq ediblər.
Nəşr xüsusi olaraq qeyd edir ki, Hollivud çevrəsində artıq peşəkar sənətçi sayılan və qəbul edilən bu gənc, eləcə də böyük istedada malik bir rejissoru kimi tanınmış Eubankın növbəti layihəsi isə 2025-ci ilin əvvəlində ulduz aktyor Silvester Stallone ilə çəkilişlərinə başlayacaq “Fərasət” adlı triller olacaq.
Rassel Krouya gəlincə isə, tezliklə ulduz aktyor yeni çəkilmiş komikslə ekranlara çıxacaq. Hollivud ulduzu “Ovçu Kraven” adlanan filmdə görünəcək. Bu filmdə də Rassel Krou baş rolu ifa edib.
Oqtay Qorçu