“Qlobal iqtisadi böhran olacaq, insanlar içməyə su axtaracaq”

- Türkiyəli astroloqun 2020-ci il PROQNOZLARI
28 Dekabr 2019 - 15:42

Türkiyənin tanınmış astroloqu Uygur Gür  “Milliyet” qəzetinə 2020-ci illə bağlı proqnozlarını verib. Astoloq 2020-ci ildə ölkədə və dünyada siyasi və iqtisadi baxımdan ciddi dəyişikliklərin olacağını söyləyib.

Modern.az tanınmış astroloqun müsahibəsini ixtisarla təqdim edir.

– 2020-ci ildə Türkiyəni nə gözləyir?

– 2020-ci ildə xarici əlaqələr və qaçqın problemi Türkiyənin diqqət mərkəzində olacaq. Bir tərəfdən, Suriyadakı əməliyyatın nəticələri, qaçqın problem, digər tərəfdən isə, Kipr böhranı Türkiyə üçün başağrısı ola bilər. Bu il xarici siyasəti çox səliqəli aparmalıyıq. Dünya qızıb və müharibəyə hazırlaşır. 2020-ci ildə intensiv iqtisadi geriləmə müşahidə olunacaq, bəzi iri şirkətlər bankrot olacaq, işsizlik yara biləcək.

 – Hər kəsi düşündürən sual – dolların aqibəti 2020-ci ildə necə olacaq?

– Bəllidir ki, uzaq perspektivdə dolları yaxşı heç nə gözləmir. Lakin yaxın aylarda, xüsusən, qışda çox hərəkətlilik olacaq. Dollara investisiya qoyanlar qışda qazanc əldə etsələr də, bu nəticə uzun sürməyəcək. Çünki ABŞ-ı da çox çətin illər gözləyir. ABŞ dünyadakı gücünü qorumağa çalışsa da, zəifləməyə başlayacaq. Qlobal dollar böhranı gözlənilir. Bu il yaşayacağımız ən böyük qlobal fəlakət quraqlıq və təmiz su problemi olacaq. Buna görə də böyük dövlətlərin tez-tez bir araya gəldiyini görəcəyik.

Dünyanın siyasət meydanında nələr baş verəcək?

-Ümumilikdə, dünyada iqtisadi geriləmə, böyük şirkətlərin müflis olacağını görürük. Cəmiyyətlər əvvəldə iqtisadi səbəblərdən etiraz edəcək, tarazlığın pozulmasıyla irqçilikdə də artım olacaq. Amerika, Rusiya, Çin qlobal mənada güclərini ortaya qoymağa çalışacaq. Xüsusilə, ABŞ və Çin arasında gərginliyə şahid olacağıq. Rusiyanın işğalçı ruhunun bu il bir daha meydana çıxacağını da görə bilərik. Yaxın Şərq İsrailin istilaçı siyasəti ilə sarsılarkən, Misir güclənir və meydan oxumağa hazırlaşır.İran isə nüvə silahlanması məsələsindəki israrı ilə Amerika ilə münasibətləri daha da pisləşdirəcək. Bununla paralel, 2020-ci il quraq yay və təmiz su mənbələrinin axtarıldığı il olacaq.

-2020-ci ildə təbii fəlakətlər çox olacaq?

– Zəlzələ və sel daşqınları ilə paralel,  qlobal problemlər arasında quraqlıq və təmiz su çatışmazlığı olacaq. Bu əsnada, biz bir böyük dövlətlərin başçılarının şəxsi görüşlərinə şahid olacayıq. İl boyu Mərmərə dənizində çoxsaylı yerlatı təkanlar qeydə alınacaq. Amma bu regionda nəhəng zəlzələyə hələ vaxt var.